SİZİN REKLAM BURADA!
055 213 76 73



"Mən bir professora ərə getmişdim. Onun necə dünyanın ən təhlükəli terror təşkilatının liderinə çevrildiyini hələ də anlaya bilmirəm”. 

BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İŞİD lideri Əbubəkr əl-Bağdadinin keçmiş həyat yoldaşı Saca Hamid Dulaimi deyib. Dulaiminin sözlərinə görə, Bağdadi olduqca gizli xarakterə malik adamdı.  

"Onunla normal danışmaq mümkün deyildi. Xoşbəxt deyildim və ayrıldım. Üstəlik, Bağdadi ilk həyat yoldaşına qarşı haqsız idi. Bu da məni çox narahat edirdi”, - deyə Bağdadinin keçmiş əri əlavə edib.
 
BAKU.WS