Putinin keçmiş həyat yoldaşı evləndi (FOTO)

Putinin keçmiş həyat yoldaşı evləndi (FOTO)
Şou-biznes 3194

 

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila yenidən ailə qurub. 

BAKU.WS xarici KİV-ə istinadən məlumat verir ki, Korrupsiya ilə Mübarizə Fondu "Sobesednik” jurnalında yayımlanan materialı araşdırdıqlarını bəyan edib.

Sözügedən materialda Putinin keçmiş arvadının keçən il gizlin şəkildə Artur Oçirednıy adlı iş adamı ilə nikaha girdiyi, soyadını dəyişdiyi yazılmışdı. Putinin ailəsinin Sant-Peterburqda sahib olduqları mənzilin sənədində Lyudmilanın soyadının dəyişdiyinə dair məlumatlar da yer almışdı. 

Fond Lyudmila Putinanın soyadının Oçeretnıy soyadı ilə dəyişdirildiyini təsdiqləyib. Lyudmilanın hazırki əri Artur Oçeretnıy isə artıq uzun illərdir ki, eks-birinci ledinin himayədarlıq etdiyi Şəxsiyyətlərarası Əlaqələrin İnkişafı Mərkəzinə rəhbərlik edir. 37 yaşı olan Artur Lyudmiladan 20 yaş kiçikdir. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər