Çovdarovun gizli həbsxanası (FOTO)
MTN-in keçmiş idarə rəisi, bu sistemin ən qəddar və ən qalmaqallı personası kimi ad çıxarmış Akif Çovdarova qarşı rəsmən adam oğurluğu maddəsi üzrə ittiham irəli sürüldü. Cinayət Məcəlləsinin bir neçə digər maddəsi ilə ittiham olunan Çovdarova adam oğurluğu maddəsinin ən ağır bəndi üzrə rəsmi ittiham verilib.
Bu isə o deməkdir ki, Akif Çovdarovun gizli həbsxana saxlaması və iş adamlarını oğurladaraq gizli həbsxanasında işgəncə verməsi, onların mal-mülkünü talan etməsi barədə həftələrdir mətbuatda dövr edən məlumatlar boş yerə deyilmiş. Hətta rəsmi ittihamdan belə nəticə çıxır ki, Çovdarov nəinki adam oğurlatdırıb, üstəlik onun oğurlatdığı adamlar arasında öldürülənləri də var. Hər halda istintaqın bu ittihamı irəli sürmək üçün faktlara malik olduğu heç bir şübhə doğurmur. Hansı faktlara, hələlik bu barədə əlimizdə səhih məlumatlar yoxdur. BAKU.WS xəbər verir ki, virtualaz.org-a saytı Akif Çovdarovun gizli həbsxanasını axtarıb. Çünki mətbuatda belə iddialar yer almışdı ki, generalın bu həbsxanası haradasa Bakının ucqarlarında, Masazır qəsəbəsindəki istixana kompleksinin ərazisində yerləşən zirzəmidən ibarətdir. Sayt əməkdaşları istixanada olub, oradan fotolar çəkiblər. İstixanaya rəhbərli edən keçmiş polis işçisi Adil Yaqubov deyib ki, istixana Çovdarovun həyat yoldaşının adınadır: "Mən bu istixana qurulandan bəri burada işləyirəm. Bütün tikinti-quraşdırma işlərinə mən rəhbərlik etmişəm. Əminliklə deyə bilərəm ki, burada gördüyünüz hər şey mənim əməyimin məhsuludur. Onunla (Çovdarovu nəzərdə tutur-müəl.) polisdə işləyəndən tanışıq. Pensiyaya çıxandan sonra bir müddət başqa işlərdə işlədim, sonra işsiz idim, evdə oturmuşdum. Təklif etdi ki, bu işə rəhbərlik edim, mən də razılaşdım. Əslində bura onun yox, həyat yoldaşının adınadır". "Generalı axırıncı dəfə burada nə vaxt görmüşünüz?" "O, heç vaxt burada olmayıb ki... Bayaq dediyim kimi, obyekt həyat yoldaşınındır, işlərə nəzarət etmək üçün öz adamlarını yerləşdirmişdilər. Bütün maliyyə işlərinə isə baldızının oğlu rəhbərlik edirdi. Mən və qalan işçilər ancaq maaş alırıq". Sayt daha sonar yazır: "İstixana kompleksinin bütün ərazisini gəzirik, doğrudan da burada gizli həbsxana kimi işə yarayacaq tikiliyə rast gəlmirik. Həqiqətən bu cür gediş-gəlişli, çoxlu insanların işlədiyi yerdə kim gizli həbsxana açar ki?! Deməli, Çovdarovun gizli həbsxanasını hardasa başqa yerlərdə, onun çoxsaylı imarətlərinin altında, yaxud ağla gəlməyən başqa məkanlarda axtarmaq lazım gələcək. Görəsən, Çovdarovun başqa hansı yerlərdə istixanası, yaxud biznes obyektləri var?”... BAKU.WS
Oxşar xəbərlər
Akif Çovdarova qarşı yeni ittiham
Akif Çovdarova qarşı yeni ittiham irəli sürülüb. O, qanunsuz azadlıqdan məhrum etmədə günahlandırılır. BAKU.WS "Report”a istinadla xəbər verir ki, Azərbaycan M...