Ərdoğan: "Azərbaycanlı qardaşlarımızın yanındayıq" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Minsk qrupunun həmsədri olan üç ölkə haradasa 30 ildir ki, bu məsələni həll edə bilmir. Əlbəttə, işin bu nöqtəyə gələcəyi bəlli idi. Ermənistan Azərbaycanın mülki bölgələrini vurur. Qardaş Azərbaycana sonuna qədər dəstək verəcəyik".
BAKU.WS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “HaberGlobal” telekanalının müxbirinin Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı sualına cavabında bildirib.
Ərdoğan əlavə edib ki, Ermənistan davamlı olaraq Azərbaycanın mülki ərazilərini atəş altında saxlayır: "Bu hücumlar nəticəsində, əlbəttə ki, Azərbaycan öz xalqının, xüsusən də torpaqlarının müdafiəsi istiqamətində lazım olan addımları atdı.
Əlbəttə ki, Azərbaycanı tək qoymayacağıq, sonuna qədər dəstəyimizi verəcəyik. Mən cənab Əliyevlə də danışıqlar aparıram. Dünən Azərbaycandan Türkiyəyə nümayəndə heyəti gəlmişdi. Bu nümayəndə heyəti müdafiə naziri və güc strukturlarının rəhbərləri ilə geniş görüşlər keçirib. Mən də onlarla telefonla danışdım. Azərbaycanlı qardaşlarımızın yanındayıq və yanında olacağıq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...