SİZİN REKLAM BURADA!
055 213 76 73


"Düşmən təkcə cəhbədə deyil, eyni zamanda sosial şəbəkələrdə də təxribat xarakterli məlumatlar yayırlar".

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Müdafiə Nazirinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlama verib.

"Erməni tərəfinin guya bizim "UAZ" markalı maşınımızın vurulması, gecə saatlarında pilotsuz uçuş aparatının vurulması (PUA) ilə bağlı məlumat verilməsi, eyni zamanda yaralılarımızın sayının çox olması, qan bankında qanın çatışmamazlığı ilə bağlı yalan, uydurmadır.

Sizləri və xalqımızı əmin edirəm ki, nə "UAZ" markalı avtomobilimiz vurulub, nə də PUA sistemimiz vurulmayıb. Bizim pilotsuz uçuş aparatlarımız tam sayda döyüş sırasındadırlar.

Qan bankına gəlincə, bizim qan ehtiyatımız kifayət qədərdir və bizim o qədər yaralılarımız yoxdur. Bu, düşmən təxribatıdır və buna inanmamağa, ancaq rəsmi məlumatlardan istifadə olunmasını xahiş edirik", - deyə V.Dərgahlı qeyd edib.

BAKU.WS