SİZİN REKLAM BURADA!
055 213 76 73


Özünü “Milli Şura” adlandıran bir qrup müxalifətçinin sosial şəbəkədə iclas fiaskosu davam edir.

BAKU.WS xəbər verir ki, anti-Azərbaycan qüvvələrin maliyyəsi ilə Azərbaycanda siyasi hakimiyyətin əleyhinə fəaliyyət göstərən həmin şəxslər artıq cəmiyyəti də təhqir etməyə başlayıb.

Onlar anti-Azərbaycan təşkilatların Azərbaycan haqqında rəylərindən sitat gətirərək təhqirə dəstək qazandırırblar. Dara düşən kimi xalqın dəstəyi üçün çığır-bağır salan “Milli Şura” indi Azərbaycan cəmiyyətini intizamsız və məsuliyyətsiz adlandırır.

Müzakirə edilməyə mövzu tapılmayan “Milli Şura”nın iclası həm də buğa ilə inəyin ayırd edilməsinə həsr edilmiş lətifələrlə keçirilir.

Belə ki, Cəmil Həsənlidən eşitdiyi lətifənin təsirindən ayıla və oyana bilməyən Gültəkin Hacıbəyli qəfildən, özü də yersiz və mənasız şəkildə "buğa əhvalatı"ndan bəhs etməyə, inək ilə buğa arasında müqayisə aparmağa başlayıb. Belə bir fikir söyləmək, bu cür müqayisə aparmaq zərurətinin nədən qaynaqlandığı aydın olmasa da, hər halda, "siyasi məsələlərin müzakirəsi"nə həsr olunmuş "iclas"ın gündəliyinin inək və buğa arasındakı fərqin müəyyənləşdirməsi üzərində köklənməsi normal görünmür. Elə buna görə də G.Hacıbəylinin məlum fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən istehza ilə qarşılandı, lağ obyektinə çevrildi.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bu, təkcə növbəti özünüifşa deyil, eyni zamanda, həmin insanın timsalında radikal düşərgə təmsilçilərinin siyasi dünyagörüşünün hansı düşüncələrlə "zəngin" olmasından xəbər verir:

“Sözügedən fakt həm də onun göstəricisidir ki, ölkə və dünya gündəminə dair kifayət qədər ciddi, mühüm əhəmiyyətə malik olan məsələləri təhlil və müzakirə etmək qabiliyyətinə malik olmayan "milli şura" gündəmi "yeni" və "fərqli" məsələlərlə "zənginləşdirmək", özlərinəxas müzakirələrlə meydana çıxmaq düşüncəsindədir. Amma bütün hallarda bu məsələ "inəklə buğa arasındakı fərq problemi" və ya "buğa axtarışı" olmamalıdır. İctimai rəyin "milli şura"nın "buğa problemi"nin müzakirəsinə ehtiyacı yoxdur, çünki hər halda, "buğa axtarışı" onların öz daxili "siyasi gündəliyi"ni təşkil edən məsələlərdəndir”.

Bütövlükdə, "milli şura" adlı qondarma qurumun "videoiclas"larında səsləndirilən ifadələr, müzakirə forması, irəli sürülən fikirlər bir daha radikal düşərgədə cəmləşənlərin ciddilikdən və millilikdən uzaq görüntüsünü aydın surətdə əks etdirir. Necə deyərlər, faktlar ortadadır, əlavə sözə və şərhə ehtiyac yoxdur.

AXCP Rəyasət Heyətinin "iclasında" Bu şəxslər müxalifət cəbhəsində digər rəqiblərinə qarşı da sərt ifadələr işlədirlər. Vəziyyət o həddə çatıb ki, siyasi fəaliyyət üçün qurulan “Milli Şura”nın iclaslarında qeybətlər edilir, Müsavat üzlərinə “ləyaqətsiz”, “şərəfsiz” kimi ifadələr səsləndirilir.

Əslində mənzərə çox aydındır. Bunlar xaricinin sözüylə xalqını təhqir edənlər, Azərbaycan cəmiyyətinə ağıl öyrətmək, guya doğruları göstərmək istəyənlərdir. Cəmil Həsənlinin bütövlükdə Azərbaycan cəmiyyətini, "REAL”, Ümid və digər müxalif partiyaların"tryapka” adlandırması və "bu tyapkayla heç ayaqqabı da silmək olmaz” kimi ifadələri "milli şuranın” "səviyyəsinin” göstəricisidir.

Siyasi uğursuzluğunu və fəaliyyətsizliyini təhqirlərlə kompensasiya etməyə çalışan “Milli Şura” artıq bu yolla gündəmdə qalmağa çalışır.

BAKU.WS
VİDEO

VİDEO