Prezidentdən uşaqlarla bağlı vacib SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, Sərəncama əsasən, Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.
Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 (üç) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Oxşar xəbərlər
Prezident koronavirusla bağlı 1 milyard manat ayırdı
Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbayc...