4 ölkə prezidenti İlham Əliyevi təbrik etdi

4 ölkə prezidenti İlham Əliyevi təbrik etdi
Siyasət 237

Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

BAKU.WS xəbər verir ki, Koreya Respublikasının Prezidenti Mun Ce-in məktubda aşağıdakıları qeyd edib:

“Zati-aliləri,

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümid edirəm ki, ölkələrimiz arasında illər boyu inkişaf edən dostluq və əməkdaşlıq əlaqələri öz gözəl bəhrəsini verəcəkdir. Bunun üçün Sizinlə daha yaxından əməkdaşlıq etməyi arzulayıram.

Zati-alinizə bir daha möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm”.

Malta Respublikasının Prezidenti Corc Vellanın təbrikində aşağıdakılar deyilir:

“Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan yaxşı münasibətlər xalqlarımızın qarşılıqlı mənafeyi naminə bundan sonra daha da möhkəmlənməkdə davam edəcəkdir. İnanıram ki, qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün ölkələrimiz qarşısında aşkarlanması zəruri olan çoxsaylı imkanlar mövcuddur.

Bundan əlavə, COVID-19 pandemiyasının yayılması ilə bağlı yaranmış mövcud şəraitdə beynəlxalq ictimaiyyətin həmrəylik nümayiş etdirməsi və bütün ölkələrin bəşəriyyət qarşısında presedenti olmayan bu çətinliyin öhdəsindən gəlmələri üçün güclərini birləşdirmələri mütləqdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Zatı-aliləri, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenin məktubunda aşağıdakılar qeyd olunub:

“Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

COVID-19 pandemiyası ilə bağlı bu çətin zamanda yaranmış xoş fürsətdən istifadə edərək, şəxsən Sizə əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və firavan gələcək dolu ən gözəl arzularımı çatdırıram”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin məktubunda aşağıdakılar qeyd edilib:

“Hörmətli İlham Heydər oğlu,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan öz dövlətçiliyinin möhkəmləndirilməsində, xalqının rifahının yaxşılaşdırılmasında və beynəlxalq arenada nüfuzunun artırılmasında mühüm tərəqqiyə nail olub. Bununla əlaqədar olaraq, ölkənizə daim inkişaf etməyi və Sizin rəhbərliyinizlə yüksək nailiyyətlərə çatmağı arzulayıram.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycanın ənənəvi dostluq və həmrəylik üzərində qurulan strateji münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifənizdə Sizə böyük uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzu edirəm”.

Son xəbərlər