VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 15-də başa çatıb.
 
BAKU.WS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa” beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yola saldı. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət etdilər.
 
BAKU.WS