SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin növbəti iclası aprelin 24-də keçiriləcək.

BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, gündəliyə 27 məsələ daxil edilib.

İclasın gündəliyində İnsan Hüquqları komitəsində Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı da var.

Bundan başqa, aşağıdakı məsələlər də plenar iclasda birinci oxunuşda müzakirə ediləcək:

- “Azərbaycan Respublikasının Torpaq icarəsi haqqında və dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi;

- “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun tətbiqi haqqında əsasnamə"də dəyişiklik edilməsi barədə" qanun layihəsi;

- "Ətraf mühitin mühafizəsi haqqında" və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi

- "Ətraf mühitin mühafizəsi haqqında", “Ovçuluq haqqında” qanunlarda və Torpaq Məcəlləsində dəyişiklik edilməsi ilə barədə" qanun layihəsi;

- “Elm haqqında” qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi;

- “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi;

- “Elm haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi;

- "Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi;

- “Nəqliyyat haqqında”, “Aviasiya haqqında”, “Avtomobil Nəqliyyatı haqqında “ və "Dəniz limanları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi;

- “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili, xüsusi təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında" və "Ümumitəhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi;

- "Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Müflisləşmə və iflas haqqında” , “Banklar haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi;

- “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;

- "Cinayət Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi;

- “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair informasiya alma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi;

- “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi;

- "Mülki Məcəllədə və Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi barədə" qanun layihəsi;

Gündəliyə daxil edilən 10 məsələ isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

BAKU.WS