İran XİN Qarabağdakı qondarma seçkiləri pisləyib

İranın Xarici İşlər Nazirliyinin Azərbaycanın işğal olunan ərazilərində keçirilməsi planlaşdırılan qondarma “prezident” və “parlament” seçkilərini pisləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, nazirliyin sözçüsü Seyid Abbas Musəvi deyib ki, İran İslam Respublikası bölgədə gərginlik və ixtilafın artmasına səbəb olan hər cür addımın əleyhinədir:
“Biz düşünürük ki, iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında ixtilafların həllini çətinləşdirən hər cür addımın atılmasından çəkinilməlidir”.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü sonda əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq qanun və prinsiplər çərçivəsində həll olunmalıdır.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...