Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Siyasət 204

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib:

“İdlibdə türk əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, qardaş Türkiyə”.

Qeyd edək ki, Suriyanın İdlib bölgəsində Türkiyə əsgərlərinə hücum nəticəsində 33 hərbçi şəhid olub.

Son xəbərlər