80 saatdan sonra 9 yaşlı qız və atası dağıntılar altından sağ çıxarıldı - VİDEO

80 saatdan sonra 9 yaşlı qız və atası dağıntılar altından sağ çıxarıldı - VİDEO
Video
Siyasət 267

Türkiyədə 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlərdən sonra xilasetmə işləri davam etdiyi bir vaxtda Kahramanmaraşdan sevindirici xəbər gəlib.

BAKU.WS xəbər verir ki, təbii fəlakətin baş verməsindən 80 saat sonra 9 yaşlı Zeynəb xilas edilib.

Kiçik qızdan sonra atası Feyzullah Polat da dağıntılar altından çıxarılıb.

Xilasetmə əməliyyatı ətrafdakılar tərəfindən böyük sevinclə qarşılanıb.

Son xəbərlər