Oljas Süleymenov: Heydər Əliyev hakimiyyətdə olsaydı 20 Yanvar hadisələri baş verməzdi

İyirmi Yanvar hadisələri zamanı mən Azərbaycanda idim, həmin ağrılı-acılı günlər xatirəmə ömürlük həkk olundu. Belə faciələrdən dərs çıxarmaq lazımdır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri görkəmli qazax yazıçısı və ictimai xadim Oljas Süleymenov Almatıda “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı tədbirdə söyləyib.
Oljas Süleymenov bildirib ki, həmin vaxt Heydər Əliyevin siyasi fəaliyyətdən təcrid olunmasından, təqiblərə məruz qalmasından istifadə edən qüvvələr Azərbaycanda Qanlı Yanvar faciəsini törətdilər. Nadir siyasi xadim Heydər Əliyev hakimiyyətdə olsaydı onun uzaqgörənliyi sayəsində heç bu hadisələr də baş verməzdi və müstəqilliyə aparan yol tamamilə başqa cür ola bilərdi. Qanlı Yanvar hadisələri Heydər Əliyevin Azərbaycana, qəlbən bağlı olduğu xalqının taleyinə və ağrı-acılarına əsl doğma münasibətini bir daha bariz şəkildə ortaya qoydu.
Oxşar xəbərlər
“20 Yanvar” Türkiyə televiziyasında - VİDEO
Türkiyənin “Haber Global” televiziya kanalı 20 yanvar faciəsinə həsr olunan süjet hazırlayıb. BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, süjetdə sovet hakimiy...