Prezident İlham Əliyev qazaxıstanlı həmkarına başsağlı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezidentin başsağlığı mətnində belə deyilir:
"Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart TokayevəHörmətli cənab Prezident,
Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, şəxsən öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".
Oxşar xəbərlər
İlham Əliyev Zelenskiyə başsağlığı verdi
Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib. BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib: “Hörmətli cənab Prezi...