SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev sabiq Ombudsman Elmira Süleymanova ilə bağlı sərəncam verib.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat verib.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

BAKU.WS