SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Rusiya təcavüzkar bir siyasət həyata keçirir. Bu gün əslində 3 ölkə ərazi bütövlüyü mövzusunda Gürcüstan, Ukrayna və Suriya Rusiyanın təhdidi altındadır. Əslində, Ermənistana verdiyi dəstək səbəbindən Azərbaycanın ərazi bütövlüyü də həqiqətən Rusiyanın təhdidi altındadır".
 
BAKU.WS-in məlumatına görə, Türkiyə baş naziri Əhməd Davudoğlu Ukraynada səfəri zamanı deyib. Davudoğlu bildirib ki, Ukrayna böhranında Rusiyaya lazım olan cavab verilmədiyi üçün Suriya böhranı böyüdü:

"Beynəlxalq cəmiyyətin reaksiya göstərmədiyi hər boşluq Rusiya tərəfindən istismar edilib. Bu gün Ukraynada və Suriyada milyonlarla insanın torpağından didərgin düşməsi və yüz minlərlə insanın öldürülməsinin əsas məsuliyyəti Rusiyanın üzərindədir. Bu gün Suriyada 300 mindən çox insan ölüb, 5 milyondan çox insan qaçqın düşüb. Bu mənzərə qarşısında Rusiya bombardmana davam edərək Türkiyə üzərindən Avropa Birliyinə təzyiq göstərməyə çalışır. Kırımda açıq aşkar insan hüquqları pozulur. Bir dəfə daha rus səlahiyyətlilərinə bunu ifadə etmək istəyərik ki, SSRİ dövrü 25 il əvvəl bitib. Bu dövrü təkrar canlandırmağa çalışmaq Rusiya üçün də müsbət və xeyirli nəticələr doğurmaz".
 
Türkiyə baş naziri əlavə edib ki, rus xalqı 30 il əvvəlki xalq deyil. Rusiya ölkələrin ərazi bütövlüyünə hörmət göstərməli və Suriya şəhərlərinə ballistik raketlər, bombalar atmaq əvəzinə Suriya və Ukrayna xalqına hörmət göstərməlidir.
 
BAKU.WS