SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycanın gələcək inkişafı neftin qiymətindən, yaxud da hasilatın həcmindən asılı olmayacaq. Eyni zamanda, biz minlərlə, on minlərlə iş yeri yaradacaq və Avropaya şaxələnmək imkanını verəcək "Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk".
 
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə çıxışı zamanı deyib. 
 
Dövlət başçısı qeyd edib ki, Avropa əlavə həcmdə təbii qaz əldə edəcək və həm də istixana effektini yaradan karbon qazının atmosferə tullantısını azaldacaq: "Bu enerji təhlükəsizliyi təkcə marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsi layihəsidir və biz istehsalçılara, tranzit və istehlakçı ölkələrə fayda verəcək bir layihədir".
 
BAKU.WS