SİZİN REKLAM BURADA!
055 213 76 73


Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz uzun və çətin yol keçib. 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşılaşdığı böyük problemlər hamıya yaxşı məlumdur.

Ermənistan tərəfindən hərbi təcavüz, iqtisadi tənəzzül, digər regionlarda separatizm təhdidi, dövlət idarəçiliyi sisteminin tamamilə dağılması, Azərbaycan vətəndaş müharibəsi və dövlətin dağılması astanasında idi. Məhz bu ərəfədə Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində dövlətimiz dağılmaq təhlükəsindən xilas oldu.

2003-cü il oktyabrın 15-də İlham Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.

Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verib.

Beləliklə də, Müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası regionun lider ölkəsinə çevrilib.

Politoloq Arzu Nağıyev BAKU.WS-ə açıqlamasında dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasəti belə xarakterizə edib:

“2003-cü ildən başlayaraq cənab prezidentin apardığı siyasəti bir neçə mərhələyə bölmək olar. İqtisadi, siyasi, hərbi və həm də kadr sahəsində islahatlar.

Bütün bu islahatların başında əsasən Azərbaycanın müstəqilliyi, müstəqilliyimiz və suverenliyimizə olan təhdiddən qorunma, bunlardan doğan ən vacib məsələlərdən biri məhz Azərbaycan vətəndaşının rifahıdır.

Məlumdur ki, əsas islahatlardan biri də iqtisadi sahədədir. İqtisadi sahədə neft strategiyasınan bağlı olan çox mühüm əhəmiyyət kəsb edən Azərbaycanın qlobal layihələrdə iştirakı mühüm əhəmiyyət kəsb edir. Şahdənizlə bağlı, TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan və s. Əsrin kontraktının uzadılması məsələsi məhz cənab İlham Əliyevin apardığı iqtisadi sahədə qlobal islahatların əsaslarından biridir”.

A.Nağıyev deyir ki, beynəlxalq layihələrdə Azərbaycanan olan inamı artırmaq üçün yaratdığı bu imic məhz İlham Əliyevin siyasətilə bağlıdır:

“Siyasi məsələlərlə bağlı məlumdur ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla çox sıx əlaqələr qurub. Qoşulmama Hərəkatının məhz Azərbaycanda keçirilməsi, dini konfensiyaların təşkil olunması, müxtəlif beynəlxalq tədbirlər ev sahiblik etməyimiz və formların keçirilməsi əsas istiqamətlərdən biridir.

Digər məsələ hərbi islahatlarla bağlıdır. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün ən prioritet xarici və daxili siyasətlərdən biridir. Buna görə də, heç bir hərbi bloka daxil olmadan həm NATO, eləcə də, əks qüvvələrlə, daha doğrusu Rusiya və digər dövlətlərlə münasibətlərin qurulması əhəmiyyət kəsb edir. Qonşuluq siyasətini qorumaq, eyni zamanda ikitərəfli tərəfdaşlıq etmək, ikitərfli strateji əhəmiyyətli müqavilələrin həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edən məsələdir.

Bunu həm Azərbaycanda NATO-Rusiya görüşləri vaxtı da, NATO-nun generalları, Rusiyanın Baş Qərərgah rəisi tərəfindən dəfələrlə qeyd edilib.

Eyni zamanda Azərbaycanın sülhməramlı funksiyalarda iştirakı, antiterror əməliyyatlarda iştirakı və s. dövlətimizin imici deməkdir. Bu islahatların başında duran məhz cənab Prezidentin apardığı prinsipial siyasətdir”.

Politoloq deyir ki, mədəni sahədə də islahatların aparılması müxtəlif dövlətlərlə ən qlobal şəkildə, həm regional məsələlərdə Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən islahatlar həyata keçirilir:

“Bir daha qeyd etmək istəyirəm ki, bu Azərbaycan vətəndaşının rifahı ilə bağlıdır.
Eyni zamanda Birinci Vitse Prezident İnstitutunun yaradılması, Mehriban xanım Əliyevanın yürütdüyü siyasət, onun Fransa və Rusiyaya rəsmi səfərlərində bir daha göstərdi ki, aparılan islahatlar çox mühüm əhəmiyyət kəsb edir. Dünya dövlətləri bunu bəyənir.

Bundan başqa, ATƏT-in Minsk qrupunun həmsədrləri təmsil edən çox mühüm dövlətlərlə, dövlət rəhbərlərilə aparılan danışıqlarda da Azərbaycanın haqq işi bir daha dünyaya yayılıb.

Düşünürəm ki, bütün bunların hamısı 2003-cü ildən bu günə qədər Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyevin apardığı daxili və siyasətdən doğur”.

Qeyd edək ki, xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin Prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.

Bu, bir daha onu göstərir ki, ölkə Prezidenti düzgün xarici siyasət, o cümlədən, məqsədyönlü iqtisadi siyasət həyata keçirir.

2008-ci ilin oktyabrında seçicilər yenə “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”, - deyən Prezident İlham Əliyevə səs verdi. 2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi. Dövlətimizin başçısı qarşıdakı illərdə Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı xarakter alacağına əminlik yaratdı. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində isə yenə də onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandı.

Bununla da, respublikamızda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirilməkdədir. Belə ki, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun aradan qaldırılması istiqamətində qəbul edilən dövlət proqramlarının uğurlu icrası bir daha onu göstərir ki, Prezident İlham Əliyev elmə əsaslanan, ölkə vətəndaşlarının sosial müdafiəsinə yönələn iqtisadi siyasət həyata keçirir. Məhz bütün bunların nəticəsidir ki, ulu öndərin layiqli davamçısı Cənab İlham Əliyev 2003 və 2008-ci illərdə xalqın dəstəyi ilə ölkə Prezidenti seçildi. Çünki xalqımız Heydər Əliyev siyasətinə, Onun davamçısı Prezident İlham Əliyev cənablarına inanır. Azərbaycanın iqtisadi inkişafı ulu öndərimizin və ölkə başçısı İlham Əliyevin adı ilə bağlıdır.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər.

Azərbaycan xalqı 2018-ci il keçirilən prezident seçkilərində də İlham Əliyevə etimad göstərərək onu növbəti dəfə dövlət başçısı seçdi.

Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa səs vermiş oldu. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli siyasət davam etdirilir.

YAP İcra katibinin müavini Mübariz Qurbanlının yap.org.az saytına müsahibə isə bildirib ki, İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq:

“Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası da Azərbaycanın inkişafına öz layiqli töhfəsini verir. Ümumiyyətlə, YAP öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında davam etdirir, Heydər Əliyev yolu ilə irəliləyir. Prezidentin siyasətinin həyata keçirilməsi və təbliğində aparıcı - avanqard rol Yeni Azərbaycan Partiyasına məxsusdur.

YAP zamanın sınaqlarından uğurla çıxmış və əhəmiyyətli nailiyyətlərə imza atmış ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyasının qarşısında duran hədəflər milli maraqlara əsaslanan və dövlətin qarşısında duran hədəflərdir, partiyanın hər bir üzvü bu hədəflərin reallaşması üçün çalışır. Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir. YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” təşkilatının (İCAPP) Daimi Komitəsinin üzvüdür, partiyamızın Avropanın bir sıra nüfuzlu siyasi partiyalıarı ilə geniç əlaqələri mövcuddur.

YAP-ın üzvləri müxtəlif sahələrdə-elm, təhsil, mədəniyyət və digər sahələrdə, dövlət idarəçiliyində uğurla təmsil olunurlar, o cümlədən beynəlxalq müstəvidə ölkəmizi müvəffəqiyyətlə təmsil edirlər. YAP gəncləri bu gün sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarının qorunmasında ardıcıl və səmərəli fəaliyyət göstərirlər. Məlumdur ki, Azərbaycanın qazandığı uğurlar bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Onlar ölkəmizin müsbət beynəlxalq imicinin və uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Əlbəttə bu cəhdlər əbəsdir. Azərbaycan müstəqil, milli maraqlara əsaslanan siyasət yeridir və ölkəmizin müstəqil siyasətinə, inkişaf yolunda irəliləməsinə təsir etmək mümkün deyil”.

Ziya SƏCCAD
BAKU.WS