SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu göndərib.

BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Prezident, Rumıniyanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Rumıniya dostluğu və əməkdaşlığının, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

BAKU.WS