74 yaşlı qadın əkiz dünyaya gətirdi - İNANILMAZ HADİSƏ
06
sen
2019
13:45
Hindistanda 74 yaşlı qadın ana olub.BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Andhra-Pradeş ştatının sakini Erramatti Manqayamma süni mayalanma yolu ilə ana olub.E.Manqayamma və onun 80 yaşlı əri Raya Rao 22 mart 1962-ci ildə ailə qurublar. Onlar 57 il uşaq həsrəti çəkib.Əkizlər qeysəriyyə əməliyyatı dünyaya gətirilib. Əməliyyat uğurlu keçib. Ana və körpələrin vəziyyətində heç bir problem müşahidə olunmur. Yeganə problem 74 yaşlı qadının uşaqlara ana südü verə bilməməsidir.Qadının uşaqları bətnində daşıyıb dünyaya gətirə bilməsinin səbəbi onun diabet və hipertoniya xəstəsi olmamasıdır.Qeyd edək ki, buna qədər 2008-ci ilin yayında əkiz dünyaya gətirən 70 yaşlı hindistanlı Omkari Panvar ana olan ən yaşlı qadın hesab olunurdu.Aysel
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏTLİ OLAY: 27 yaşlı gəlini uşağı ilə birgə...
Qusar rayonu ərazisində ana və yeni doğulan uşağın meyiti tapılıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Suvacal kəndində qeydə alınıb.Kənd sak...