Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi
Oyuncaqlara dair yeni tələblər müəyyənləşib.
BAKU.WS xəbər verir ki, sözügedən məsələ Baş nazir Əli Əsədovun təsdiqlədiyi "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"də əksini tapıb.
Qərara əsasən, 3 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlar və onların çıxarıla bilən hissələri, habelə bilavasitə qida məhsullarına bərkidilən oyuncaqlar uşaqların yuxarı tənəffüs yollarına düşməsinin qarşısını alacaq ölçüdə olmalıdır.
Uşağın başını tam örtən, hava keçirməyən materialdan hazırlanan maskalar və dəbilqələr kifayət qədər havalandırmanın olmaması səbəbindən yaranan boğulma riskini aradan qaldıracaq şəkildə hazırlanmalı və istehsal edilməlidir.
Uşağın ağzı ilə birbaşa təmasda olan çınqıldayan oyuncaqların və digər oyuncaqların səthinin rənglənməsinə və naxışlanmasına icazə verilmir.
Oxşar xəbərlər
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" pl...