Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
Ermənistanın müdafiə naziri Suren Papikyan saxlanılan azərbaycanlı hərbçinin diversant olmadığını bildirib.
BAKU.WS erməni KİV-ə istinadən xəbər verir ki, Papikyan bunu oktyabrın 7-də parlamentdə keçirilən hökumət saatında deyib.
O bildirib ki, Azərbaycan əsgəri saxlanılarkən heç bir müqavimət göstərməyib:
"Bu amilin özü onun diversant olmadığını göstərir".
Papikyanın sözlərinə görə, hadisə barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb və axtarış əməliyyatları aparılıb.
O qeyd edib ki, hərbçi ilə bağlı ətraflı məlumat xidməti araşdırma və istintaq tədbirləri başa çatdıqdan sonra açıqlana bilər.
Xatırladaq ki, oktyabrın 1-də saat 14:15-də Azərbaycan hərbçisi Nəsimi Musayev Ermənistanın təhlükəsizlik qüvvələri tərəfindən Zəngəzurun Şəki kəndi istiqamətində saxlanılıb.
Oxşar xəbərlər
Paşinyan: "Azərbaycanlı hərbçi cəzasının bir hissəsini Ermənistanda çəkəcək"
Zəngəzurun Şəki kəndinə daxil olan azərbaycanlı hərbçi cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermə...