Uzun illərdir icra başçısı postunda işləyənlər - SİYAHI
05
noy
2019
11:29
Son günlərdə Prezident İlham Əliyev tərəfindən bir sıra sahələrdə struktur və kadr islahatları aparılır. O cümlədən rayon icra hakimiyyətlərinə də gənc kadrlar təyin edilir.Yevlaxa 38 yaşlı Tağıyev Anar Aqil oğlunun, Xaçmaza isə 39 yaşlı Rzayev Elnur Şahbaz oğlunun təyin edilməsi buna nümunədir.Prezident yeni icra başçılarını qəbul edərkən bildirmişdi ki, islahatlar davam edəcək. İlham Əliyev gəncləşmənin təkcə yaş məsələsində deyil, həm də təfəkkürdə olmasını da xüsusilə vurğulayıb.Məlum məsələdir ki, bir sıra rayonlarda icra başçılarından mediada çoxsaylı şikayətlər yazılıb. Bu məsələyə Prezident də toxunmuşdu.O qeyd etmişdi ki, rayonlarda baş verənlərlə bağlı bir çox hallarda ona icra başçıları tərəfində yalan məlumatlar çatdırılır:“Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır”.İlham Əliyev məhz bunları nəzərə alaraq icra hakimiyyətlərində islahatları sürətləndirib və prosesin davam edəcəyi gözlənilir.Bəs görəsən uzun müddətdir icra hakimiyyətlərində yüksək vəzifə tutan və ya illərdir icra başçısı postunda olanlar kimlərdir?BAKU.WS bununla bağlı araşdırmasını təqdim edir:
Fərid ƏDALƏT
Ad, soyad və yaş | Vəzifə | Ümumi müddət | |
Şahin Məmmədov (60 yaş) | 2004-2005 - Samux Rayon İcra Hakimiyyətinin başçısı26 dekabr 2005-ci ildə indiyə qədər - Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı | 15 il | |
Taleh Qaraşov (60 yaş) | 1996-2002 - Kürdəmir rayonunun icra başçısı2002-2006 - Cəlilabad rayonunun icra başçısı2006-2011 - Neftçala rayonunun icra başçısı 2011-2012 - Astara rayonunun icra başçısı2012-ci ildən bu günə qədər Lənkəran şəhərinin icra başçısı | 23 il | |
Nizaməddin Quliyev (65 yaş) | 2009-2019 - Goranboy Rayon İcra Hakimiyyətinin başçısı5 aprel 2019-cu ildən indiyə kimi - Ağstafa rayonunun icra başçısı | 10 il | |
Novruz Novruzov (65 yaş) | 1995-2002 - Lerik Rayon İcra Hakimiyyətinin başçısı2002-2007 - Goranboy Rayon İcra Hakimiyyətinin başçısı2007-2019 - Şabran Rayon İcra Hakimiyyətinin başçısı5 aprel 2019-cu ildən indiyə kimi - Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı | 24 il | |
Qəşəm Aslanov (49 yaş) | 2006-2012 - Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı10 aprel 2012-ci ildən indiyə kimi Xızı Rayon İcra Hakimiyyətinin başçısı- Azərbaycanlı dövlət xadimi. Qəşəm Aslanovun oğludur.- Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnik. Rövşən Aslanovun qardaşıdır. | 13 il | |
Ramiz Həsənov (58 yaş) | 2001-2011 - Sumqayıt Şəhər İcra Haкimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini26 aprel 2011-ci ildən indiyə kimi Zəngilan Rayon İcra Hakimiyyətinin başçısıBaş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun qardaşıdır. | 18 il | |
Eyvaz Hüseynov (60 yaş) | 2 iyul 1992-ci ildən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır.- Milli qəhrəman İbad Hüseynovun qardaşıdır | 27 il | |
Vilyam Hacıyev (62 yaş) | 1999-2002 - Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri2002-2004 - Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini2004-2006 - Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı2006-2012 - Samux Rayon İcra Hakimiyyətinin başçısı14 aprel 2012-ci ildən indiyə kimi İmişli Rayon İcra Hakimiyyətinin başçısı | 20 il | |
Rövşən Sadıxov (59 yaş) | 2000-2001 - Nizami rayon İcra hakimiyyəti başçısının 1-ci müavini2005-2006 - İsmayıllı rayon İcra hakimiyyətinin başçısı2006-2011 - Gəncə şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini2011-ci ildən indiyə kimi Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini | 19 il | |
Aqil Məmmədov (59 yaş) | 2008-2013 - Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini4 mart 2013-cü ildən indiyə kimi Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı | 11 il | |
Ceyhun Cəfərov (54 yaş) | 2006-2011 - Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini2011-2014 - Tərtər Rayon İcra Hakimiyyətinin başçısı16 aprel 2014-cü ildən indiyə kimi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı | 13 il | |
Lütvəli Babayev (60 yaş) | 1999-2005 - Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri2005-2007 - Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı14 dekabr 2007-ci ildən indiyə kimi Zərdab Rayon İcra Hakimiyyətinin başçısı |
| |
Süleyman Mikayılov (57 yaş) | 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti13 may 2005-ci il - 21 dekabr 2005-ci il Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı2005-2010 - Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı4 mart 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı | 16 il | |
Adil Məmmədov (67 yaş) | 1994-2002 - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı2002-2004 - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı2004-2011 - Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı26 aprel 2011-ci ildən Qobustan Rayon İcra hakimiyyətinin başçısı | 25 il | |
Malik İsaqov (66 yaş) | 8 sentyabr 2001-ci ildən indiyə kimi Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı | 18 il | |
Şair Alxasov (61 yaş) | 18 dekabr 2007-ci ildən indiyə kimi Qusar Rayon İcra Hakimiyyətinin başçısı | 12 il | |
Aqil Nəzərli (43 yaş) | 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.2008-2016 - Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən16 iyun 2016-cı ildən isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı | 20 il | |
Qəzənfər Ağayev (58 yaş) | 24 mart 2006 - 30 sentyabr 2006 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı2006-2012 - Masallı Rayon İcra Hakimiyyətinin başçısı14 aprel 2012-ci ildən indiyə kimi Astara Rayon İcra Hakimiyyətinin başçısı | 13 il | |
İsmayıl Vəliyev (60 yaş) | 2005-2011 - Qobustan Rayon İcra Hakimiyyətinin başçısı26 aprel 2011-ci ildən Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı | 14 il | |
Abdin Fərzəliyev (52 yaş) | 2003-2005 - Nizami Rayon İcra Hakimiyyətinin başçısı2005-ci ildən indiyə kimi Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı | 16 il | |
İlqar Abbasov (61 yaş) | 2004-2005 - Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı21 dekabr 2005-ci ildən indiyə kimi Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı | 15 il | |
Asif Əsgərov (53 yaş) | 2006-2009 - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı2006-2009 - Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı2 sentyabr 2015-ci ildən indiyə kimi Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı | 13 il | |
Eldar Əzizov (62 yaş) | 1999-2000 - Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini2000-ci ilin martından iyuna qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini2000-2003 - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı2003-2011 - Gəncə Şəhər İcra hakimiyyətinin başçısı2011-2015 - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı2015-2018 - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı2018-ci il 16 iyuldan 15 noyabra qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini15 noyabr 2018-ci ildən indiyə kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı | 20 il | |
Siraqəddin Cabbarov (60 yaş) | 28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışmışdır.2008-2019 - Saatlı Rayon İcra Hakimiyyətinin başçısı17 may 2019-cu ildən indiyə kimi Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı | 30 il | |
Nazim İsmayılov (67 yaş) | 1991-1992 - Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,1992-1994 - Göyçay Rayon Xalq Deputatları Sovetinin sədr müavini,1994-2001 - Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,2001-2006 - Göyçay Rayon İcra Hakimiyyətinin başçısı,2006-2011 - Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı,2011-2019 - Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı,17 may 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı. | 28 il | |
Alı Qocayev (72 yaş) | 2000-2004 - Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru2005-2012 - Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı18 aprel 2012-ci ildən indiyə kimi Samux Rayon İcra Hakimiyyətinin başçısı | 19 il | |
Şahin Məmmədov (60 yaş) | 2004-2005 - Samux Rayon İcra Hakimiyyətinin başçısı26 dekabr 2005-ci ildən indiyə kimi Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı | 15 il | |
Zakir Fərəcov (65 yaş) | 2005-2015 - Abşeron Rayon İcra Hakimiyyətinin başçısı2 sentyabr 2015-ci ildən indiyə kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı | 14 il | |
Elxan Usubov (59 yaş) | 2007- 2011 - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı2011-ci il 23 maydan indiyə kimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısıElxan Usubov baş prokurorun birinci müavini Rüstəm Usubovun əmisi oğludur. | 12 il | |
Mərdan Camalov (63 yaş) | 18 aprel 2005-ci ildən indiyə kimi Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı | 14 il | |
Bayram Səfərov (69 yaş) | 2009-cu il 27 fevraldan indiyə kimi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı2009-cu il iyunun 5-dən indiyə kimi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri | 10 il | |
Vidadi İsayev (60 yaş) | 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini2005-2011 - Tərtər Rayon İcra Hakimiyyətinin başçısı3 mart 2011-ci ildən indiyə kimi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı | 15 il | |
Müstəqim Məmmədov (50 yaş) | 2006-2012 - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini - şöbə müdiri2012-2014 - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri7 may 2014-cü ildən indiyə kimi Tərtər Rayonu İcra Hakimiyətinin başçısı | 13 il | |
Nəriman Əsgərov (55 yaş) | 2006-2011 - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini2011-2016 - Qazax Rayon İcra Hakimiyyətinin başçısı19 may 2016-cı ildən indiyə kimi Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı | 13 il | |
Əziz Əzizov (56 yaş) | 2006-2018 - Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı2 fevral 2018-ci ildən indiyə kimi Yasamal Rayon İcra Hakimiyyətinin başçısı | 13 il |
Oxşar xəbərlər
Prezidentin yeni təyin etdiyi gənc icra başçısından NÜMUNƏVİ ADDIM
Prezident İlham Əliyevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin etdiyi Elnur Rzayev nümunəvi addım atıb. Bu barədə BAKU.WS-ə İcra Hakimiyyətindən məluma...