SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Şəmsəddin Xanbabayevə yeni vəzifə verilib.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının 9-cu konfransı keçirilib.

YAP rayon təşkilatının sədri Nazim Ağayev istefa verib. Yeni sədrin seçilməsi ilə bağlı keçirilən səsvermədə Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz RİH-in başçısı təyin edilib.

Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. O, 23 oktyabr 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı idi.
BAKU.WS