70 sakinin ölümünə səbəb olan MTK rəhbəri: "Alın yazısıdır" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə 10 şəhəri əhatə edən güclü zəlzələ nəticəsində 6 444 bina dağılıb.
BAKU.WS xəbər verir ki, həmin binalar keyfiyyətsiz tikinti materialları ilə tikildiyindən təbii fəlakət çoxsaylı insan tələfatına səbəb olub. Qanunsuz olaraq tikilən bina sahibləri məsuliyyətə cəlb olunub.
Onlardan biri "Hasan Alpargün" adlı binanın sahibi Hasan Alpargündür. Polis şöbəsinə aparılan MTK rəhbəri ifadəsində, "Allahdan gələn bir şeydir, alın yazısıdır", - sözlərini deyib.
Onun bu fikirləri sosial şəbəkələrdə yayılaraq hiddətə səbəb olub.
Xatırladaq ki, Hasan Alpargünə aid, Adanada yerləşən binada 70 Türkiyə vətəndaşı dağıntılar altında qalaraq vəfat edib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...