VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millət vəkili Fəzail Ağamalı büdcədəki artımların deputatların pensiyalarına da şamil olunması təklifi ilə çıxış edib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, F. Ağamalı bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, bir neçə keçmiş deputat artımların onların pensiyalarına da şamil olunması barədə müraciət edib, deputat bu məsələyə baxılmasını istəyib.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə büdcədəki artımların deputatların pensiyalarına da şamil olunacağını nəzərə çatdırıb: Deputatların və dövlət qulluqçularının əmək haqqında olan fərq təqaüddə olan deputatların və dövlət qulluqçularının pensiyasında da əksini tapacaq. Fəzail Ağamalının qaldırdığı məsələ nəzərə alınıb. Büdcədə dəyişiklik nəticəsində bu məsələ də artıq həllini tapacaq”.

BAKU.WS