SİZİN REKLAM BURADA!
055 213 76 73


ANS-ə tam bəraət verildi.

BAKU.WS xəbər verir ki, bu barədə ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev sosial şəbəkədə məlumat verib:

“Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə Tam Bəraət qazandıran məktub aldıq.

Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən ölkəmizin prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!
Çingiz demişkən: “Heç kim və heç nə unudulmayacaq!”

Zülfiyyə Qurbanova
BAKU.WS