SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 3705 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrini elan edib.


BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Salome Zurabişvili prezident seçkilərində 59,52%, Qirqol Vaşadze isə 40,48% səs toplayıb.


Qeyd edək ki, ötən gün də Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll"un nəticələri açıqlanmışdı.


“Exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.


BAKU.WS