SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bilmirəm Su-24 təyyarəsinin vurulması kimə lazım idi? Bu hadisə hər iki tərəfin ziyanına işlədi. Bu insidentə qədər bizim həmin ərazidə hava hücumundan müdaiə sistemimiz yox idi. Təyyarənin vurulmasından sonra biz orada bu sistemləri qurduq. İndi Suriya sərhəddində S400 raketləri dayanır". 
 
BAKU.WS-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, buna qədər də Türkiyə təyyarələri Suriya hava məkanını keçirdi. İndi keçsinlər görək, necə keçəcəklər.
 
Putin bu münaqişədə üçüncü tərəfin olması məsələsinə də aydınlıq gətirib. O, bundan sonra Türkiyə rəhbərliyindəki şəxslərə sərt ismarış göndərib: "Əgər Tükiyə hökümətində kimsə Amerikanın bir yerinə girmək istəyirsə, buna sözüm yoxdur. Amma bilmirəm ki, ABŞ-a bu lazımdırmı?", - deyə Putin əlavə edib.
 
Şahin Həbibov
BAKU.WS