Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkmənistana səfərindən sonra təyyarədə bir qrup jurnalistlərlə görüşüb və onlara açıqlama verib.


BAKU.WS
-in məlumatına görə, Ərdoğan jurnalsitlərlə söhbəti zamanı Rusiya Türkiyə münasibətlərinə toxunub və həmkarı Putini Türkiyəyə dəvət edib. Ərdoğan bildirib ki, Rusiya ilə həmişə xoş münasibətlərdə olub. İndi məlum təyyarə hadisəsindən sonra birdənbirə münasibətlərin gərginləşməsinə əsas yoxdur.

"Hörmətli Putin bildirib ki, biz Rusiyaya arxadan zərbə vurmuşuq. Putin məni yaxşı tanıyır. Bilir ki, nə mən, nə də türk xalqı arxadan zərəb vurmaz. Hörmətli Putin bizi xainlikdə günahlandırmaqdansa, Türkiyəyə səfər etsin, birlikdə münasibətləri müzakirə edək. Düşünürəm ki, Türkiyə ilə Rusiya arasındakı anlaşılmazlığı həll edə bilərik. Bundan sonra da Rusiya ilə Türkiyə arasında dostluq münasibətləri ola bilər”, - deyə Rəcəb Tayyip Ərdoğan vurğulayıb.

Ziya Səccad
BAKU.WS