VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 10-da Ümumçin Xalq Nümayəndələri Yığıncağında – parlamentdə rəsmi qarşılanma mərasimi olub. 

BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Çinin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Sədr Si Cinpinə təqdim olunub.

Hərbi orkestrin ifasında Azərbaycanın və Çinin dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Əllərində Azərbaycanın və Çinin bayraqları olan uşaqlar dövlət başçılarını salamlayıblar.
 
BAKU.WS