Bursada 4.9 ballıq zəlzələnin qorxusundan özünü 2-ci mərtəbədən atan adam ölüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Türkiyənin Çanaqqala şəhərində baş verən 4,9 bal gücündə zəlzələ nəticəsində Bursada bir şəxs təşviş içində 2-ci mərtəbədən aşağı atılaraq həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca X sosial şəbəkə hesabında paylaşım edib.
Bursanın Nilüfer rayonunda bir nəfər şəxs qorxusundan ikinci mərtəbədən atılaraq ağır yaralanıb. Təcili yardım maşını ilə aparıldığı Çekirge Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Xatırladaq ki, Çanaqqalanın Yenice rayonunda 4,9 bal gücündə zəlzələ baş verib. Yerin 10 km altında qeydə alınan zəlzələ İstanbul da daxil olmaqla Mərmərə bölgəsinin bir çox şəhərində hiss olunub.
Oxşar xəbərlər
Türkiyəli geoloqdan XƏBƏRDARLIQ: 7,5 bal gücündə zəlzələ ehtimalı...
Türkiyənin dəyişməz gündəmi olan zəlzələlərlə bağlı hər gün ayrı-ayrı xəbərdarlıqlar gəlir. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli mütəx...