055 213 76 73
Türkiyə Su-24 təyyarəsinin vurulmasına görə, Rusiyadan üzr istəməyəcək.
BAKU.WS-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu açıqlama verib.
Qeyd edək ki, bunadək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Su-24 təyyarəsinin vurulmasına görə üzr istəməyəcəklərini demişdi.
"Əgər üzr istəməli tərəf varsa bu da Türkiyənin hava məkanını pozan tərəfdir”, - deyə Ərdoğan bildirmişdi.
BAKU.WS