44 günlük informasiya müharibəsi: “Feyk”lər və xüsusi xidmət orqanlarının onlayn fəaliyyəti barədə - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.TV-də yayımlanan “44 günlük informasiya müharibəsi” proqramında politoloq Əli Hacızadə qonaq olub.
Nata Osmanlının aparıcısı olduğu proqramda politoloq müharibə dövründəki saxta informasiyalar (“feyk”lər) və xüsusi xidmət orqanlarının onlayn platformalardakı fəaliyyətindən bəhs edib.
O qeyd edib ki, informasiya müharibəsinin tamamilə "feyk"lərdən ibarət olduğunu söyləmək olmaz. Çünki, burada saxta məlumatlarla faktların mübarizəsi gedir. Əli Hacızadə nümunə kimi Hadrutun işğaldan azad edilməsi barədə məlumatları göstərib.
İnformasiya məkanında gedən bu mübarizədə Azərbaycan tərəfi faktlara, erməni tərəfi isə tamamilə saxta informasiyalara müraciət edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...