“44 gün əsgər Rəşadla”: “Qubadlıda Qaçaq Nəbinin qəbrini tapdıq” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Vətən müharibəsində Laçına girən ilk beş nəfərdən biri oldum”.
Bunu BAKU.TV-də yayımlanan “44 gün əsgər Rəşadla” verilişində Qarabağ qazisi İbad Novruzzadə deyib.
Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edən qazi düşmənin pusqularından və Azərbaycan Ordusunun həmin pusquları peşəkarlıqla dəf etməsindən danışıb.
“Səhərə yaxın idi, hava hələ açılmamışdı. Komandir əmr verdi ki, sürücülər işığı söndürsünlər. Çünki düşmənin Cəbrayıla girdiyimizdən xəbəri yox idi”, - deyə o qeyd edib.
Qazi həmçinin yerinə yetirdikləri ən çətin döyüş əməliyyatlarından, Qubadlıda Qaçaq Nəbinin qəbrini tapmalarından da bəhs edib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...