40 yaş kiçik sevgilisi olan erməniəsilli müğənni: “Mənim yaşımdakı kişilərin hamısı ölüb” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Erməniəsilli müğənni Şer şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o özündən 40 yaş kiçik Aleksandr Eduardsla eşq yaşamağının səbəbini ilk dəfə açıqlayıb.
Şer bildirib ki, onun yaşındakı və ondan böyük kişilər artıq həyatda qalmayıb. Bu səbəbdən o gənc bəylərlə sevgili olur.
O həmçinin qeyd edib ki, onunla eyni həyat tərzini yaşayan kişilər ona yaxınlaşmaqdan qorxublar. Bu səbəbdən Şerin ətrafında hər zaman gənc oğlanlar olub.
İfaçı gənc oğlanların çox cəsur olduğunu və onun kimi qadınlar tərəfindən böyüldüyünü də vurğulayıb.
Şer bundan əvvəl özündən kiçik Val Kilmer, Tom Kruz və Rob Kamiletti kimi məşhurlarla da sevgili olub.
O 80-90-cı illərdə "Believe”, “I Got You Babe” və “If I Could Turn Back Time” kimi mahnılarla məşhurlaşıb.
Oxşar xəbərlər
Yıxılan fotoqrafa kömək edən Tom Kruz gündəm oldu - FOTO/VİDEO
"Mission impossible" filmlərinin ulduzu Tom Kruz dünya məbuatının gündəmini zəbt edib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Viktoriia Bekhemin ad gün...