4 general “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 4225 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Təltif edilənlərin 1-i general-leytenant, 3-ü general-mayor, 4-ü polkovnikdir.
“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilən generallar:
Osmanov Nizam Ramazan oğlu – general-leytenantCavanşir Zaur Sabir oğlu – general-mayorƏfəndiyev Ənvər Zəkəriyyə oğlu – general-mayorƏliyev Azər Əli oğlu – general-mayor
Oxşar xəbərlər
Bu gün 29 yaşı tamam olan qəhrəman - Şəhid Tural Məmişov - FOTO
Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də Mə...