38 həyat yoldaşı və 94 uşağı olan kişi vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Mizoram ştatında yaşayan böyük ailə başçısı 76 yaşında Ziona Çana vəfat edib.
BAKU.WS “ntv.com”a istinadən xəbər verir ki, 38 həyat yoldaşı və 94 uşağı olan Çana, şəkərli diabet və yüksək təzyiqdən dünyasını dəyişib.
Əvvəl onun səhhəti pisləşib. Daha sonra xəstəxanaya aparılan Ziona orada vəfat edib.
33 nəvəsi olan Çananın ailə üzvlərinin sayı təxminən 181 nəfərdir.
Qeyd edək ki, ailə 4 mərtəbədən ibarət 100 otaqlı evdə yaşayır. Bu ev böyüklüyünə görə daim turistləri özünə cəlb edir.
Hindistan mətbuatında yer alan məlumata əsasən, Ziona ilk dəfə 1945-ci ildə 17 yaşında olarkən 20 yaşlı qadınla evlənib.
Qalereya
Oxşar xəbərlər
Onu həbs etmək, məhkəməyə çağırmaq, şahid kimi cinayət işinə cəlb etmək olmaz
Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur. Hətta ölkəmizdə onları "Qayınana"...