Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.

Dövlət başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficral Smut, Dubne Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış ediblər.
 
BAKU.WS