37 yaşında nazir olan Tofiq Zülfüqarov: "Məndən şəffaflıq istəməyin, peşəm belədir" - VİDEO

37 yaşında nazir olan Tofiq Zülfüqarov: Məndən şəffaflıq istəməyin, peşəm belədir - VİDEO
Video
Siyasət 677

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov aparıcı Emin Musəviyə verdiyi maraqlı açıqlamaları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, diplomat aparıcı ilə olduqca maraqlı və səmimi söhbət edib.

Belə ki, Musəvi Zülfüqarovun hazırda Mərdəkanda bağ evində yaşadığını bildirib. Bu zaman keçmiş xarici işlər naziri "İzləyicilərin nəyinə lazımdır? Mən hara gedirəm? Nə edirəm?" deyərək reaksiya verib.

Aparıcı isə "Niyə bilməsinlər axı? Onlar bilməlidirlər Tofiq müəllim hara gedir. Şəffaflıq lazımdır" deyib. Zülfüqarov Eminin bu sözlərinə "Məndən səmimiyyət, şəfafflıq istəməyin, mənim peşəm belədir" sözlərini söyləyərək münasibət bildirib.

Qeyd edək ki, 62 yaşlı Tofiq Zülfüqarov 1998-1999-cu illərdə 37 yaşı olarkən Azərbaycanın 4-cü xarici işlər naziri olub. Daha sonra 2005-2010-cu illərdə Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri, 2007-2015-ci illərdə isə Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.

Ətraflı videoda:

Son xəbərlər