Türkiyənin paytaxtı Ankarada Rusiya və Türkiyə prezidentləri, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. 

BAKU.WS xəbər verir ki, iki lider arasında danışıqlar 1,5 saat davam edib. Görüşdə hər iki prezidentin Suriya münaqişəsi, İraqda keçirilən “referendum”, ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, “Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri barədə də fikir mübadiləsi aparıblar.

BAKU.WS