SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri başlayıb. Səfər çərçivəsində V.Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşü nəzərdə tutulub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər ikitərəfli əməkdaşlığın inkişafına dair aktual məsələləri müzakirə edəcək, gündəmdə olan regional və ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl səfərin “tamamilə praqmatik məqsədli” olduğunu vurğulayıb.

BAKU.WS