32 yaşlı milyonçu blogger qəfil ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
32 yaşlı məşhur milyonçu ukraynalı bloger Yuri Vorojko vəfat edib.
BAKU.WS Unian-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb.
O, instaqram səhifəsində yazıb:
“Yura artıq aramızda deyil. Bütün təfərrüatları sonra yazacam".
Aparıcı Slava Demin yazır ki, Vorojko Kropivnitskidə hovuzda boğulub. Bu, bazar ertəsi, fevralın 26-da baş verib. O qeyd edib ki, bloger imkansız insanlar üçün çox iş görüb.
Polis qeyd edib ki, meyitin müayinəsi zamanı heç bir zorakı ölüm əlamətləri aşkar edilməyib.
Bloqqerin “YouTube”da bir milyondan çox, “Instagram”da 60 mindən çox, “TikTok”da isə demək olar ki, 594 abunəçisi var.
O, müxtəlif sosial eksperimentləri lentə alıb, həmçinin xeyriyyə işlərində və Ukrayna Silahlı Qüvvələri üçün vəsait toplamada iştirak edib.
Oxşar xəbərlər
"TikTok"un qadağan olunduğu ÖLKƏLƏR VƏ SƏBƏBLƏRİ
"TikTok" dünyanın ən populyar sosial media platformalarından biridir. 2023-cü ilə qədər onun 1 milyarddan çox aktiv istifadəçisi var. Sözügedən platformanın ist...