VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Prezidentin sərəncamı ilə oktyabrın 17-də vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudov  yoxa çıxıb. Onun harada olması barədə heç bir məlumat yoxdur.

BAKU.WS
-in virtualaz.org saytına istinadən verdiyi xəbərə görə, nazir vəzifədən azad ediləndən sonra MTN-in bir neçə əməkdaşı həbs olunub. Onlar telefon danışıqlarını izləməklə məşğul imiş.

Belə güman edilir ki, həmin MTN əməkdaşları yüksək rütbəli məmurların telefonlarını ölkə rəhbərliyinin icazəsi olmadan, E.Mahmudovun göstərişi ilə dinləyirmiş.

Digər məlumata görə, keçmiş nazirin özü də qulluq səlahiyyətlərini aşdığı üçün hazırda saxlanılıb.

BAKU.WS