3-cü Şuşa Qlobal Media Forumu işinə davam edir

"Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun ikinci günü başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak edir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.
Xatırladaq ki, forumun birinci günü Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıları ilə görüşü olub. Dövlət başçısı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb.
Oxşar xəbərlər
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam şəhərinə gediblər. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar Ağdamda aparılan bərpa və yenidənqur...