VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
 
Oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Dövlət başçıları xatirə şəkli çəkdirdilər.

Sonra Prezident Nursultan Nazarbayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana gələn digər dövlət başçılarını qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

İclas iştirakçılarını salamlayan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Belarus Prezidenti Aleksandr Lukaşenkonu yenidən dövlət başçısı seçilməsi, həmçinin Qırğızıstanda parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdırdı. Qazaxıstan dövlətinin başçısı bildirdi ki, MDB-nin sədri kimi ölkəsi qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışır.
 
Qazaxıstan Prezidenti təşkilatın üzv ölkələr arasında çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yaxşı platforma olduğunu qeyd etdi. İclasın gündəliyindəki məsələlərdən danışan Nursultan Nazarbayev burada qəbul ediləcək qərarların qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirdi.
 
BAKU.WS