VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında” fərman imzalayıb.


BAKU.WS-in məlumatına görə, sənədə əsasən "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında Əsasnamə” təsdiq edilib. Həmçinin "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsviri” təsdiq edilib.

Əsasnamədə bildirilir  ki, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə mənsubiyyətini bildirən nişandır. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi Xarici Kəşfiyyat Xidmətinin blanklarında, xarici kəşfiyyat orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsvirindən Xarici Kəşfiyyat Xidmətinin çap məhsullarında, kino, video və fotomateriallarında və Xarici Kəşfiyyat Xidmətinin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar) istifadəyə yol verilir. 

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy dairə formasındadır. Dairənin kənarında qövs boyunca tünd qızılı hərflərlə yuxarıda "AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda "XARİCİ KƏŞFİYYAT XİDMƏTİ” sözləri yazılıb.
 
BAKU.WS