SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəbər verdiyimiz kimi keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib. Bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb.
 
AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-nın müşaviri təyin olunduğunu bildirib.
 
Yeni vəzifəyə təyinatını sfera.az-a təsdiqləyən Əli Abbasov ona göstərilən etimadı doğrultmağa çalışacağını bildirib:
 
"Xəbəri düz eşitmisiniz. Doğrudur. Nə deyə bilərəm? Mənə göstərilən etimadı doğrulmağa çalışacağam".
 
BAKU.WS