SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin yeni görüntüləri ortaya çıxıb.
 
BAKU.WS-in məlumatına görə, Ağdam, Füzuli kimi rayonlarda, Xankəndində olan əcnəbi vətəndaşlar təbiətin gözəlliyi qarşısında valeh olub. Azərbaycanın əzəli torpaqlarında səyahət edən turislər ermənilərin viran qoyduğu şəhərlərə də baş çəkiblər. 
 
Müharibənin izlərinin hələ də qaldığı yaşayış yerlərində heç bir inkişafdan və abadlıqdan söhbət gedə bilməz. Dədə-baba yurdumuzda "at oynadan" ermənilər təbii sərvətlərimizdən istifadə edir, bundan qazanc əldə etməyə çalışır.
 
Qarabağın füsunkar gözəlliyindən turistləri cəlb etmək üçün istifadə edən ermənilər hər vəclə bədxah arzularını yerinə yetirməyə çalışır. Ağdərə, Cəbrayıl, Kəlbəcər və Zəngilanda da olan turistlər maraqlı görüntüləri Instagram hesabında paylaşır. 
 
Həmin görüntüləri təqdim edirik: 
 
Şahin Həbibov
BAKU.WS